28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda büdcə kəsirlərinin necə qarşılancağı açıqlandı

Azərbaycanda təkmilləşdirilmiş büdcə qaydası və yenilənmiş borclanma strategiyası əsasında formalaşdırılacaq yeni makrofiskal çərçivə ortamüddətli dövrdə büdcə kəsirinin məqbul səviyyədə saxlanılmasını təmin etməklə onun ÜDM-də xüsusi çəkisinin azalmasını şərtləndirəcəkdir.

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda əksini tapıb.

Sənəddə deyilir ki, büdcə kəsirinin ÜDM-ə nisbətinin 2022-ci ildə 3.2 faizə, 2025-ci ildə isə 1.5 faizə düşməsi proqnozlaşdırılır. 2022-ci ildə dövlət büdcəsinin kəsirinin yuxarı həddi 2 milyard 567.0 milyon manat, növbəti üç ildə isə müvafiq olaraq 2 milyard 061.0 milyon, 1 milyard 795.0 milyon1 milyard 513.0 milyon manat məbləğində proqnozlaşdırılır.

“Büdcə kəsirinin əvvəlki illərdə olduğu kimi, özəlləşmədən daxilolmalar, borclanma hesabına daxilolmalar (xarici və daxili) və vahid xəzinə hesabının qalığı hesabına maliyyələşdirilməsi nəzərdə tutulur”- deyə sənəddə əks olunur.

Sənəddəki qrafikə əsaslansaq, 2022-ci ildə dövlət büdcəsində xarici və daxili borclanmalarının kəsiri qarşılamaqda payı az olsa da növbəti illərdə 45%-dən çox paya sahib olacağı proqnoz edilir.

3242

Son xəbərlər
Digər xəbərlər