Azərbaycanda büdcə qaydası dəyişir

0

Azərbaycanda büdcə qaydası dəyişir.

Bu “Büdcə sistemi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Qüvvədə olan qanuna görə, icmal büdcə xərclərinin yuxarı həddi cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin 103 faizindən çox olmamalı idi. Layihədə bu halda növbəti ilin proqnozlaşdırılan inflyasiya səviyyəsi nəzərə alınacaq. Başqa sözlə, layihəyə əsasən, icmal büdcə xərclərinin yuxarı həddi cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin növbəti ilin proqnozlaşdırılan inflyasiya səviyyəsi nəzərə alınmaqla indeksləşdirilmiş məbləğinin 103 faizindən çox olmamalıdır.

Layihə Milli Məclisin oktyabrın 22-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

©APA