Azərbaycanda büdcədən maliyyələşən 10 qurumun tenderin bir şirkət udub

Ötən ay ərzində 10 dövlət qurumu “Ayzberq-M” MMC adlı şirkətlə müqavilə imzalayıblar.

Banker.az-ın xəbərinə görə, ümümilikdə dövlət qurumları bu şirkətə, 3 milyon 806 min manatlıq pul ödəyəcəklər. Bu onların imzaladığı müqavilələrdə qeyd edilir.

Adıçəkilən şirkət əsasən; nəqliyyat vasitələri, mexaniki və elektirik avadanlıqlarına ehtiyat hissələri; tikinti və matrialları; cari və ya əsaslı təmir işləri üçün materiallar və ehtiyat hissələri kimi xidmətlər həyata keçirəcək.

Qurumlar içində ən böyük həcmili müqavil 0,5 mln. manat olmaqla Beyləqan Suvarma Sistemləri İdarəsi ilə olub.

Banker.az həmin dövlət qurumların siyahısını təqdim edir:

  • Azəristiliktəchizat ASC,
  • Beyləqan Meliorasiya İdarəsi,
  • Beyləqan Suvarma Sistemləri İdarəsi,
  • Neftçala Suvarma Sistemləri İdarəsi,
  • Saatlı Suvarma Sistemləri İdarəsi,
  • Samur-Abşeron Kanalının İstismarı İdarəsi,
  • Samux Suvarma Sistemləri İdarəsi,
  • Şəmkir Subartezian Quyularının İstismarı İdarəsi,
  • Tovuz Subartezian Quyularının İstismarı İdarəsi,
  • Tovuz Suvarma Sistemləri İdarəsi.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları