18 C
Baku
Çərşənbə, May 25, 2022

Azərbaycanda büdcədənkənar fondların hüquqi şəxs olmasına dair tələb ləğv edilir

Azərbaycanda büdcədənkənar fondları hüquqi şəxs olmadan yaratmaq mümkün olacaq.

Bu məsələ “Büdcə sistemi haqqında” qanuna təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

Müvafiq qanun layihəsinə münasibət bildirən Hesablama Palatası bəyan edib ki, ölkədaxili qanunvericilik büdcədənkənar fondun hüquqi şəxs olmadan yaradılmasını “Büdcə sistemi haqqında” qanunla yanaşı Mülki Məcəllə ilə də məhdudlaşdırır. Qanunun redaksiya edilməsi halında yeganə məhdudiyyət Mülki Məcəllə olaraq qalır ki, maliyyə-büdcə sahəsinin ümumi, Mülki Məcəllənin isə xüsusi hüquq sferası olduğu əsas gətirilməklə bu məhdudiyyətin praktiki olaraq aradan qaldırılması mümkündür. Eyni zamanda, mövcud təcrübədə İşsizlikdən sığorta fondu hüquqi şəxs olmasa da, büdcədənkənar fond olaraq qəbul edilir.

Son xəbərlər
Oxşar xəbərlər