18 C
Baku
Cümə, Oktyabr 22, 2021

Azərbaycanda bulvar və parklara giriş bu şərtlə bərpa olunur

Azərbaycanda bulvar, park və istirahət məkanlarına girişə qoyulan qadağa aradan qaldırılır.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülür.

Son xəbərlər
Oxşar xəbərlər