12 C
Baku
Wednesday, April 24, 2024

Azərbaycanda cərimələrin tətbiqi mövcud olan qanunsuzluğu aradan qaldırırmı?

Bu gün Azərbaycanda tətbiq edilən cərimələr mövcud olan qanunsuzluğu aradan qaldırırmı? Bunu effekti olurmu? Bu suala aşağıdakı kimi cavab vermək olar.


Azərbaycanda tətbiq edilən cərimələrin işləmə mexanizmi zəifdi və yalnız büdcənin doldurulmasına yönəlib. Buna əsasəndə effektivliyi gözə çarpacaq deyil. Bu səbəbdən də, daha inkişaf etmiş Sinqapura nəzər salaq. Orada tətbiq edilən bəzi cərimələr o qədər yüksəkdir ki, artıq mədəni bir forma halına çevrilib və rüşvət olmayan bu ölkədə onun mexanizmi çox effektilidir.

Misal: Yerə tüpürmək 1000 dollar cərimədir. Cərimənin bu yüksəkliyində olması büdcəni doldurmaq xarakteri yox, insanları birdəfəlik bu yanaşmadan çəkindirməkdir. Yəni yerə tüpürən şəxs bu hərəkəti etdiyinə görə, ona məcburi halda cəriməni ödəddirdikdə, o heç vaxt bir də yerə tüpürməz. Sonda bu mədəni irsin formalaşdırmasına gətirib çıxarır.

Amma bu hala gəlməsi üçün onlar birinci rüşvətdən başladılar. Rüşvət alan və ya verən şəxs ölüm cəzasına məhkumdu. Bu isə ən ağır cəza sayılır. Bundan sonra sərt cəzalar tətbiq edilməyə başlandı. Bu gün saqqazı belə həkimin təyinatı ilə aptekdən almaq mümkündü. Onun yerinə bir şuar formalaşıb. Saqqız çeynəiņcə bir meyvə al ye, canın sağlam olsun.

Siqaret çəkmək isə yalnız xüsusi yerlərdə mümkündür. Restoranlarda vəya mağazalarda və düzgün qeyd olunmayan yerdə siqaret çəksəniz, polis gələnə kimi sizi həmin yerdə saxlayıllar. Küçələrdə sidik ifrazına qarşı xüsusi cihazlar mövcuddu, yəni dərhal yeri müəyyən edir. Belə məqamlar insanlarda mədəni mühit formalaşıdırır. Bu məqamlara diqqət etməyənləri yüķsək cərimələr gözləyir.

İqtisadçı-ekspert Rauf Qarayev

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər