15 C
Baku
Tuesday, October 15, 2024

Azərbaycanda çipsi istehsal edən şirkət zərərdən mənfəətə keçib

Azərbaycanda “Chipsim” kartof çipsilərinin istehsalçısı “The Snack Company” MMC 2022-ci ildə çipsi satışından 17.82 milyon manat gəlir əldə etməklə, 3.04 milyon manat mənfəət əldə edib.

Banker.az xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında qeyd edilir.

Hesabata görə, onun gəlirləri illik müqayisədə 231 faiz (3 dəfə) artım deməkdir. Şirkət 2021-ci ildə satışdan gəlirləri maya dəyərini qarşılaya bilməmişdi və bu da onun ümumi 5.74 mln. manat zərər etməsinə səbəb olmuşdu.

1 yanvar 2023-cü il tarixinə onun kapital balansında 3.16 mln. manat bölüşdürülməmiş mənfəəti olub.

37432476423

 

Son xəbərlər
Digər xəbərlər