26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda çörək şirkətinin rəhbərliyi dəyişəcək

30 avqust 2022-ci il saat 11.00-da “Pirallah -Çörək” ATSC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Banker.az xəbər verir ki, Gündəlikdəki məsələlərə “Pirallah –Çörək”ATSC-nin müşahidə şurasının üzvlərinin və sədrinin seçilməsi daxildir.

Bundan başqa gündəlikdəki məsələlərə “Pirallah –Çörək”ATSC-nin nizamnaməsinin 2-ci yeni redaksiyada təsdiq edilməsi, “Pirallah –Çörək”ATSC-nin təşkilati-hüquqi formasında düzəlişin edilməsi, “Pirallah–Çörək”ATSC-nin idarə heyətinin üzvlərinin və sədrinin seçilməsi, Müfəttişin seçilməsi, Cəmiyyətin 2021-ci ilə olan balansının təsdiq edilməsi daxildir.

Qeyd edək ki, “Pirallahı Çörək” ASC 1997-ci ildə “Taxıl məhsulları” Dövlət Şirkətinin 12 saylı çörək zavodunun bazasında yaradılıb.

 

Son xəbərlər
Digər xəbərlər