26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda dənizdə xidmət göstərən Amerika şirkəti bağlandı

Azərbaycanda “Seacor Marine Az” MMC ləğv edilir.

Banker.az xəbər verir ki, ümumi Yığıncağı 16.02.2021 tarixdə hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul etmişdir.

Kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb xanım Səfərəliyeva, ev, 16E ünvana bildirə bilərlər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61.7-ci maddəsinə əsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcəkdir.

Onu da qeyd edək ki, Azərbaycanda dənizdə xidmət göstərən bu şirkət Amerika şirkətidir.

 

Son xəbərlər
Digər xəbərlər