27 C
Baku
Thursday, July 18, 2024

Azərbaycanda dənizkənarında yerləşən bu ərazilər səhralaşa bilər

Neftçala rayonunda dənizkənarı ərazilər səhralaşa bilər.

Bioloqlar apardıqları tədqiqatlar nəticəsində bu qənaətə gəliblər.

Bildirilib ki, Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun bir qrup əməkdaşı biologiya üzrə fəlsəfə doktoru, dosent Rəna Abdıyevanın rəhbərliyi ilə Neftçala rayonu ərazisində ekspedisiyada olublar. Məqsəd Xəzər dənizi sahilində erkən yaz florasının qeydə alınması və bitki örtüyünün müasir vəziyyətinin öyrənilməsi olub. Tədqiqatlar Kür çayının Xəzər dənizinə qovuşan sahəsi, Xəzər dənizinin sahilboyu ərazisi (30 km) və sahil yaxınlığında yerləşən Uzunbabalı, Bankə, Yenikənd, Qırmızı şəfəq, Qaravəli, İkinci Mayak, Birinci mayak, Həsənabad, Mirzəqurbanlı, Mikayıllı, Şirvanlı kəndlərdə aparılıb.

Çöl tədqiqatları zamanı məlum olub ki, rayonun bitki örtüyündə yulğun formasiyalarının yayılması zonal xarakter daşıyır. Neftçala rayonunda Kür çayının Xəzər dənizinə qovuşan ərazisində balıqçılıq və otarılma amilləri güclü səhralaşma prosesinin yaranmasına şərait yaradır. Həmçinin Neftçala rayonunun dənizkənarı ərazilərində turizmin inkişafının bitki örtüyünə mənfi təsiri də gözlənilir.

5ed02162 501d 3e2f ba61 03f94e953ad2

da97a4f5 6820 3140 a962 54b62aad82af b88ab991 3753 31de 8a4a f6871b0b0b0c 02c153f9 3b37 3e80 9a23 4033d4b74d5a

MənbəReport
Son xəbərlər
Digər xəbərlər