2 C
Baku
Monday, March 4, 2024

Azərbaycanda daha 19 layihəyə investisiya təşviqi sənədi verilib

Azərbaycanda daha 19 layihəyə investisiya təşviqi sənədi verilib.

Bu layihələrin ümumi dəyəri 186 milyon manatdır. Layihələr çərçivəsində açılacaq iş yerlərinin sayı 1000-ə yaxındır.

Sənədlər İqtisadiyyat Nazirliyinin təşkil etdiyi tədbir zamanı sahibkarlara təqdim edilib.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qeyd edib ki, indiyədək investisiya təşviqi sənədləri verilmiş 32 layihə üzrə ümumilikdə 300 milyon manatdan çox investisiya qoyulacaq, 3000-ə yaxın yeni iş yerinin açılacağı planlaşdırılır.

Trend

Son xəbərlər
Digər xəbərlər