17 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Azərbaycanda daha 3 bank Ani Ödənişlər Sisteminə qoşuldu

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycanda “Bank Respublika” ASC, “PAŞA Bank” ASC “Bank BTB” ASC yaradılmış yeni infrastruktura inteqrasiya olunub.

Banker.az-a bu barədə Azərbaycan Mərkəzi Bankından deyilir.

Beləliklə, qeyd olunan bankların müştəriləri də fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları ilə qarşılıqlı hesablaşmaların 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (mobil nömrə, FİN kod, VÖEN, e-poçt) aparılması və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunması imkanını əldə ediblər.

Qeyd edək ki, hazırda 19 bank, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və “Azərpoçt” MMC AÖS platformasına inteqrasiya olunmuşdur. Gələcəkdə sistemin əhatə dairəsinin genişləndirilməsi, habelə istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdiriləcəkdir.

 

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər