2 C
Baku
Cümə, Dekabr 3, 2021

Azərbaycanda daha 712 nəfər koronavirusa yoluxub, 14 nəfər ölüb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Banker.az-a məlumat verilib.

Belə ki, koronavirus (COVID-19) infeksiyasına 712 yeni yoluxma faktı qeydə alınıb, 1 813 nəfər müalicə olunaraq sağalıb.

Analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 485 987nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 464 611 nəfər müalicə olunaraq sağalıb, 6 573 nəfər vəfat edib, aktiv xəstə sayı 14 803 nəfərdir.

 

 

Son xəbərlər
Oxşar xəbərlər
X