28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda daha bir bankın rəhbərliyində dəyişiklik olub

“Bank VTB (Azerbaijan)” ASC-nin İdarə Heyətində (İH) dəyişiklik olub. Bankdan Məlumata görə, İH-nin üzvü Tural Eldəniz oğlu Vəliyev tutduğu vəzifədən azad olunub.

Onun işdən kənarlaşdırılmasına səbəb əmək müqaviləsinin müddətinin bitməsi və bankın rəhbərliyi tərəfindən müqavilənin müddətinin uzadılmamasıdır. Tural Vəliyevin nəzarətində olmuş satış istiqamətlərinin nəzarəti və idarə olunması (pərakəndə bankçılıq) İdarə Heyətinin sədr müavini və digər üzvü olan İqor Okayevə həvalə olunub.

Xatırladaq ki, 30 sentyabr 2015-ci il tarixindən “Bank VTB (Azerbaijan)”nın İH-nin üzvüdür və bankda 2009-cu ildən işləyir.

Son xəbərlər
Digər xəbərlər