9 C
Baku
Çərşənbə, Yanvar 26, 2022

Azərbaycanda daha bir məmur koronavirusdan vəfat edib

1 saylı Bakı Məşğulluq Mərkəzinin direktor müavini Fərəc Qasımzadəkoronavirusdan vəfat edib.

F.Qasımzadə və həyat yoldaşı bir müddət öncə koronavirusa yoluxub və xəstəxanaların birində müalicə alıblar, bunu Report deyir.

F.Qasımzadənin həyat yoldaşının vəziyyətinin kritik olduğu deyilir.

Mərhumun oğlu hazırda cəbhədə hərbi xidmətdədir.

F.Qasımzadə uzun müddət Səbayel rayon Məşğulluq Xidmətinin rəhbəri olub, bir müddət əvvəl 1 saylı Bakı Məşğulluq Mərkəzinin direktor müavini təyin edilib.

 

Son xəbərlər
Oxşar xəbərlər