27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda daha bir Şura yaradılır

Bu ilin sonuna kimi Azərbaycanda Rektorlar Şurası yaradılacaq.

Bu barədə təhsil naziri Mikayıl Cabbarov “Təhsilin keyfiyyətinin təmin edilməsində akkreditasiyanın rolu” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, Rektorlar Şurasının yaradılması üçün bu ay təsis iclasının keçirilməsini nəzərdə tutulur. Onun sözlərinə görə, belə bir şuranın mövcudluğu ali təhsil problemlərinin həllinə yardım göstərəcək, eyni zamanda Təhsil Nazirliyi və təhsil mütəxəssisləri ilə birgə keçirilən ictimai müzakirələr ali təhsilə aid mövzuların, məsələlərinin həllinə töhfə verəcək.

APA

Son xəbərlər
Digər xəbərlər