Azərbaycanda daha çox hansı maşınlar sürülür? — Xarici markalar Rusiya maşınlarını bazardan “sıxıb” çıxarır

0
Maşınlar

Azərbaycan əhalisinin son 10 il ərzində avtomobil markalarına dair marağı fərqli istiqamərlərdə dəyişib. 

Banker.az xəbər verir ki, bu barədə Bakı Araşdırmalar İnistitutu bununla bağlı araşdırma aparıb. Araşdırma 2008-ci il və 2017-ci illər üzrə qrafiki əhatə edir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Məlumata görə, son 10 il ərzində minik avtomobilərinin sayı 64% artıb.  Rusiya istehsalı olan avtomobillərin payı 64.4%-dən 42,3%-ə düşüb. 2008-ci ildə bazarın 51,1%-ni təşkil etdiyi halda, bu rəqəm 2017-ci ildə kəskin fərqlə azalmaqla yerini “Mercedes -BENZ”, “Toyota”, “Opel” və ” Hyundai” kimi markalar verməli olub.

2017-ci ildə “Mercedes-BENZ” artıq bazarın 17%-ni (10 öncə 12,5% idi), “Opel” 3,8%( 2008 – 1,8%), “Hyundai” 5,5% (2008 -2,8%) və “Toyota” 4,2% (2008 -2,4%) təşkil edir.

Göründüyü kimi Rusiya (eləcədə SSSRİ) istehsalı olan avtomobillər artıq xarici markalar tərəfindən bazardan sıxışdırlaraq çıxarılır.

UAZ

Digər qeyd kimi, Chevrolet 9, Landrover, Porsche, KİA, Buick 7, Lexus, Honda, Mazda 5 dəfə arması bildirilir. 10 il ərzində Chrysler 99,6%, Rover 87%, Alfa Romeo 53%, SAAB 50% azalıb.

Fakt kimi qeyd edək ki, hər 2-ci maşın Rusiya, hər 4-cü maşın Almaniya, hər 10-cu maşın Yaponiya, hər 11-ci maşın Koreya istehsalıdır.

ƏTRAFLI: