23 C
Baku
Sunday, July 3, 2022

Azərbaycanda daha çox hansı sahələr üzrə doktorantlar lazımdır?

“Ölkənin elmi kadr potensialının orta yaş həddi ildən-ilə yüksəlir”.

Banker.az Trend-ə istinadən bildirir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov Təhsil Nazirliyinin təşkilatçılığı ilə bu gün keçirilən doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransının açılış mərasimində çıxış edərkən deyib.

C.Bayramovun sözlərinə görə, Təhsil Nazirliyi sistemində çalışan elmlər doktorlarının yaş həddinin təhlili göstərir ki, dövlət ali təhsil müəssisələrində 30 yaşa qədər elmlər doktoru yoxdur: “65 yaşdan yuxarı olanların sayı isə 68,7 faiz təşkil edir. Fəlsəfə doktoru üzrə göstəricilərə gəldikdə, onların yaş nisbəti 30 yaşa qədər 0,8 faiz, 65 yaşdan yuxarı olanların sayı isə 37,8 faizdir. Bu sahədə mövcud elmi potensial üçün arzu olunan səviyyəni gənclərin elmə marağını artırmaqla nail olmaq olar. Yüksək ixtisaslı elmi kadrların hazırlanması qarşıda duran əsas vəzifələrdən biridir”.

C.Bayramov deyib ki, istedadlı gənclərin elmə istiqamətləndirilməsi və alimlərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində gələcəkdə dövlət tərəfindən bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, Milli Məclisdə 2-ci oxunuşdan keçmiş “Elm haqqında” qanun layihəsində bütün təşkilatlarda, o cümlədən ali təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsi və elmi fəaliyyətinin stimullaşdırılmasını nəzərdə tutan tədbirlər əksini tapıb: “Ümid edirəm ki, bu tədbirlərin həyata keçirilməsi ali təhsil sahəsində yüksək ixtisaslı gənc alimlərin yetişdirilməsinə imkan verəcək. Ölkədə təhsil alan doktorantların böyük əksəriyyəti humanitar, sosial və iqtisadiyyatın payına düşür. Lakin dünyanın və ölkəmizin iqtisadi inkişaf tələbləri dah çox texniki, texnoloji, təbiət, kənd təsərrüfatı üzrə alimlərin hazırlanmasını tələb edir. Təhsil müəssisələrində doktoranturaya qəbul planı formalaşdırılarkən ölkəmizə gələcəkdə lazım olacaq peşə sahibləri – mühəndis, texnoloqlar, proqramçı mütəxəssislər, fundamental sahələr üzrə alimlərin hazırlanmasının vacibliyi nəzərə alınmalıdır”.

Son xəbərlər
Oxşar xəbərlər