Mərkəzi Seçki Komissiyasının(MSK) bu gün keçirilən iclasında respublika üzrə Dairə Seçki Komissiyalarının (DSK) tərkibinin yenidən formalaşdırılması məsələsi müzakirə olunub.
Müzakirələrdən sonra respublika üzrə 125 DSK-nın tərkibinin yenidən formalaşdırılması barədə qərar qəbul edilib.







