26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası bazarı 54%-dən çox böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 63 milyon 404 min manat sığorta haqqı toplanılıb.

Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 54.3% çoxdur. 2022-ci ilin 8 ayında daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 41 milyon 81 min manat təşkil edib.

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 6.3 dəfə artaraq 4 milyon 737 min manat olub.

Son xəbərlər
Digər xəbərlər