32 C
Baku
Sunday, July 14, 2024

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası bazarı 60%-ə yaxın böyüyüb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 56 milyon 111 min manat sığorta haqqı toplanılıb.

Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

2022-ci ilin 6 ayında isə daşınmaz əmlakın icbari sığortası üzrə 35 milyon 321 min manat yığım edilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59% çoxdur.

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 4 dəfə artaraq 2 milyon 178 min manat olub.

Son xəbərlər
Digər xəbərlər