10 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlər azalıb

2020-ci ilin yanvar-dekabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən daşınmaz əmlakın icbari sığortası üzrə 46 140.8 min manat həcmində sığorta haqqı yığılıb.

Azərbaycan Mərkəzi Bankından Banker.az-a verilən məlumata görə, bu müddətdə eyniadlı sığorta növü üzrə şirkətlər tərəfindən 3 864.9 min manat ödəniş həyata keçirilib.

Məlumata əsasən, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə sığorta yığımları 6.2% artıb, ödənişlər isə 29% azalıb.

Bu müddətdə daşınmaz əmlakın mülki məsuliyyətinin icbari sığortası üzrə 407.8 min manat sığorta haqqı yığılıb, 22.7 min manat ödəniş edilib. Bu da öz növbəsində əvvəlki ilin eyni dövrü ilə müqayisədə yığımların 1% artması deməkdir.

 

Son xəbərlər
Oxşar xəbərlər