10 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Azərbaycanda daşınmaz əmlakın tikintisinə ayrılan kreditlər artıb

Azərbaycanda ev təsərrüfatlarına verilən kreditlərin ümumi həcmi 2020-ci il aprelin 1-nə 6 960,8 mln. manata enib. Bu, aylıq müqayisədə 138,7 mln. manat və ya 2% azalma, illik 1 528,6 mln. manat və ya 28% artım deməkdir.

Banker.az bu barədə Azərbyacan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Ev təsərrüfatlarına kreditlərin cəmi kredit qoyuluşunda xüsusi çəkisi aprelin 1-nə 44,5%-ə düşüb. Qeyd edək ki, əvvəlki ayda bu göstərici 45,2%, əvvəlki ilin müvafiq dövründə 41,6% olub.

Hesabat ayında ipoteka krediti də daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına ayrılan kreditlərin həcmində isə artım qeydə alınıb. Bu sahəyə kreditlər martda 25,6 mln. manat və ya 1,3% artaraq aprelin 1-nə 1 989 mln. manata yüksəlib. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 161,4 mln. manat və ya 9% artım baş verib.

Həmçinin, bu kreditlərin cəmi kreditlərdə xüsusi çəkisi də 12,4% olub. 2019-cu ilin aprelin 1-nə 14% təşkil edib.

Son xəbərlər
Oxşar xəbərlər