“Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üçün siyasi iradə mövcuddur”

0

“İqtisadiyyat Nazirliyi Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı ikinci könüllü milli hesabatı gələn ay BMT-yə təqdim edəcək”.

“Report” Agentliyi xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

O bildirib ki, Dayanıqlı İnkişaf Məqsədləri proseslərinin mürəkkəbliyi çox güclü təsisatlar, dayanıqlı və davamlı yanaşma tələb edir: “Bunun icrası ilə bağlı siyasi iradə mövcuddur. Hesabatlılığın vacib olduğunu nəzərə alaraq monitorinq və qiymətləndirmə üçün İşçi qrupu yaradılıb”.

Nazir müavini qeyd edib ki, Azərbaycan İKT xidmətlərinin çatdırılması sahəsində qabaqcıl təcrübəyə malikdir və bunu da digər ölkələrlə paylaşmaq istəyir: “Azərbaycan müstəqilliyinin erkən mərhələsində dövlət xidmətlərinin təkmilləşdirilməsi və şəffaflıq, hesabatlılıq prinsiplərini üstün tuturdu. ASAN xidmət çox şəffaf şəkildə dövlət xidmətlərini çatdırır və məmnuniyyət səviyyəsi çox yüksəkdir”.

S.Həsənova əlavə edib ki, 2020-ci ildə növbəti Bakı regional Dayanıqlı İnkişaf Məqsədlərinə dair forum keçiriləcək.