31 C
Baku
Monday, July 15, 2024

Azərbaycanda deputat kredit təşkilatındakı payını satıb

Milli Məclisin deputatı Məşhur Məmmədov bank olmayan kredit təşkilatı “Embafinans” QSC-dəki payını satıb.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda bildirilir.

Belə ki, iş adamı M.Məmmədov 3500 ədəd səhm (35%) payını ortağı Abbasov Elşad İnşallah oğluna ötürüb. 3 500 ədəd səhmin cəmi nominal dəyəri isə 3.5 milyon manatdır.

Bununla da Elşad Abbasovun BOKT-dəki payı 51%-dən 86%-ə qədər yüksəlib. Kredit təşkilatında digər payı olan isə 14% ilə Tatyana Başirovna Polyakovadır.

Qeyd edək ki, BOKT-nin 10 milyon manat nizamnamə kapitalı var.

Son xəbərlər
Digər xəbərlər