23 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

Azərbaycanda deputatın kredit biznesindən qazancı açıqlandı

Screen Shot 2021 09 02 at 14.34.20

“Bank olmayan kredit təşkilatı Embafinans” QSC cari ilin əvvəli mənfəətindən səhmdarlarına böyük məbləğdə divident ödəyib.

Banker.az bu barədə 21 may 2021-ci il tarixdə təsdiqlənmiş “BOKT Embafinans”ın 2020-ci il üzrə audit hesabatındakı rəyə istinad edir. Rəyi tanınmış audit şirkəti “PwC” verib.

“2021-ci ilin yanvar ayında BOKT (şirkət) 3 milyon məbləğində dividend elan etmiş və səhmdarlarına ödəmişdir” – deyə, hesabatda qeyd edilir.

2020-ci ilin sonuna olan göstəricidən (5 milyon 763 min manat) isə məlum olur ki, 3 milyon manatlıq divident artıq hesabat müddətində ödənilib. Hesablamalara görə, 1 yanvar 2021-ci il tarixində BOKT-un balansında bölüşdürülməmiş mənfəəti həcmi 8 milyon 763 min manat olmalı idi. Belə ki, 1 yanvar 2020-ci il tarixdə bölüşdürülməmiş mənfəətin həcmi 5 milyon 933 min manat idi. Həmin maliyyə ili müddətində BOKT 2 milyon 829 min manat xalis mənfəət edib.

“BOKT Embafinans”ın səhmdarları 2019-cu il hesabatında 60%-i Elşad Abbasov İnşallah oğluna və 40%-i isə Milli Məclisin deputatı olan, “Embawood”dan tanıdığımız Məşhur Məmmədov Şahbaz oğluna məxsus idi. Hər iki səhmdar öz payından yeni investor Tamara Polyakovaya Başirovnaya satmışlar.

232323
Heabatdan

Beləliklə, 1 yanvar 2021-ci il tarixinə olan rəsmi məlumatda səhmlərin 51%-i Elşad Abbasova, 35%-i Məşhur Məmmədova və 14% isə Tamara Polyakovaya məxsus olacaq.

Yeni ildən elan edilmiş 3 mln. manatlıq divident, o zaman hər üç səhmdar tərəfindən bu rəqəmlərlə bölünəcəkdir:

  • Elşad Abbasov – 1 530 000 manat;
  • Məşhur Məmmədov – 1 050 000 manat;
  • Tamara Polyakova – 420 000 manat.
Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər