6 C
Baku
Tuesday, January 31, 2023

Azərbaycanda diplomların tanınmasına dair yeni qanunun qəbulu nəzərdə tutulur

“Azərbaycanda diplomların tanınmasına dair yeni qanunun qəbulu nəzərdə tutulur. Bu sahədə xeyli yumşalmalar və konseptual baxımdan müəyyən dəyişikliklər olacaq”.

Bu fikirləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarova deyib.

Onun sözlərinə görə, quruma diplomların tanınması ilə bağlı edilən müraciətlərin böyük əksəriyyəti Türkiyə, Gürcüstan, Ukrayna, Belarus, Rusiya və bəzi Qərb dövlətlərindən olur: “Tanınmada üç əsas məsələ nəzərə alınır. Birincisi, namizəd tələbə təhsil almaq niyyətində olduğu ali təhsil müəssisəsinin həmin ölkədə akkreditasiyasının olub-olmamasına fikir verməlidir. Bəzi hallarda vətəndaşlarda elə bir fikir formalaşır ki, namizədin seçdiyi universitet Fransa və ya İsveçrədədirsə, araşdırma aparmağa ehtiyac yoxdur. Belə yanaşma kökündən yanlışdır. Avropa ölkələrində də akkreditasiyadan keçmədən fəaliyyət göstərən universitetlər var”.

4d910dc8 e148 33b0 b2e4 9f436d100ce2

TKTA sədri eyni zamanda nostrifikasiya prosesindəki standartlardan da danışıb: “Agentliyin hansısa “qara siyahı”sı yoxdur. Biz tələbənin təhsil aldığı universitetin həmin ölkədə akkreditasiyasının olub-olmamasına baxırıq. Təbii ki, başqa problemlərlə də rastlaşırıq. Misal olaraq, Ukrayna universitetləri ilə bağlı bir çox problemlər olur. Vətəndaşın sənədlərinə baxdığımız zaman məlum olur ki, tələbə dörd il ərzində cəmi 20 gün həmin ölkədədirsə, hüquqşünaslıq diplomu alıb. Təbii ki, bu, heç bir məntiqə sığmır”.

İmtinalarla bağlı dil biliyi məsələsinin vacibliyinə toxunan Ülkər Səttarova vurğulayıb ki, bəzi hallarda Rusiya, Gürcüstan, Ukrayna diplomları ilə yaxınlaşan vətəndaşların, ümumiyyətlə, bu dillərdə anlayışı və hansısa akademik informasiyanı emal etmək səviyyəsində olmadığı məlum olur”

“Adətən, qardaş Türkiyə universitetlərinin diplomları ilə bağlı ciddi problem olmur. Çünki həmin ölkənin diplomlarının 90-95 faizi Azərbaycanda tanınır. Türkiyə diplomları ilə bağlı problem əsasən qiyabi təhsildə müşahidə olunur. Hansı ki, Türkiyədə “açık öğretim” adlanır və bilirsiniz ki, orada bir çox universitetlər qiyabi təhsildən imtina edir”, – TKTA sədri qeyd edib.

Son xəbərlər
Digər xəbərlər
X