11 C
Baku
Şənbə, Noyabr 27, 2021

Azərbaycanda dollarla borc istəyən’ Silk Vey Vest Aviaşirkəti zərərdən mənfəətə çıxıb

“Silk Way Holding”in törəmə aviaşirkəti “Silk Vey Vest Aviaşirkəti” MMC 2020-ci il üzrə açıqladığı hesabatda 716 milyon manatdan çox xalis mənfəət əldə edib.

Banker.az xəbər verir ki, aviaşirkətin 2 253 mln manat gəlir əldə edib. Bu da 2019-cu illə müqayisədə 1 303 mln manat, yaxud 2.2 dəfə artım deməkdir. Aviaşirkətin cəmi aktivlərinin həcmi 1 735 mln manat, öhdəliklərin həcmi 1 398 mln manat və cəmi kapitalı isə 338 mln manat olub. Kapital öncə sıfırın altında 190 mln manat idi.

2424242

Aviaşirkətin hesabat açıqlaması kapital bazarından 25 milyon dollarlıq (42.5 milyon manat) faizli borc cəlb edilməsi dövrünü əhatə edir. Belə ki, 12 oktyabr 2021-ci il tarixdə BFB-də 25 000 ədəd hər biri 1000 dollar olan istiqraz emissiya edəcək. Bu istiqrazların illik ödəniş faizi 5%-dir.

“Silk Vey Vest Aviaşirkəti” 2018-ci ildə 38 min və 2019-cu ildə isə 114 min manat xalis mənfəət əldə etdiyini deyir. Son ildə isə xalis mənfəətə çıxmasını dəstəkləyən əsas amil isə yuxarıda qeyd edildiyi kimi gəlirlərin iki qat yüksəlməsdir.

Şirkət Azərbaycanla xarici ölkələr arasında hava karqo xidmətlərini həyata keçirir. Hazırda lokal bazarda 85.1% payı var və 2025-ci ildə bu rəqəmin 95%-əçatdırmağı planlayır.

“Aviaşirkət sonrakı 4 ildə hava karqo həcminin 4.2% artacağını proqnozlaşdırır” – deyə açıqlamada bildirilir.

Hazırda bu karqo hava gəmilərinə sahibdir:

Hava gəmisi adı İstehsal ili Xidmətin növü
Boeing 747-8F
VQ-BBM (MSN 62709) 2017 SV Maliyyə icarəsi / “ACMI”*
VQ-BBH (MSN 62708) 2016 Maliyyə icarəsi
VQ-BWY (MSN 60120) 2015 Əməliyyat icarəsi
VQ-BVB (MSN 44444) 2014 Maliyyə icarəsi
VQ-BVC (MSN 44937) 2014 Maliyyə icarəsi
Boeing 747-400F
4K-SW008 (MSN 29732) 1999 tam mülkiyyət
4K-SW888 (MSN 29730) 1999 tam mülkiyyət
4K-SW800 (MSN 29729) 1998 tam mülkiyyət
VP-BCH (MSN 30804) 2000 tam mülkiyyət
VP-BCI (MSN 32571) 2001 tam mülkiyyət
VP-BCR (MSN 28434) 2006 Əməliyyat icarəsi
VP-BCV (MSN 29902) 2006 Əməliyyat icarəsi

 

Son xəbərlər
Oxşar xəbərlər
X