17 C
Baku
Sunday, April 14, 2024

Azərbaycanda dövlət gəmisi satışa çıxarılıb – qiymətlər!

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin gəmisi hərraca çıxarılır.

Banker.az xəbər verir ki, bu barədə məlumat İ.N. yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən elan edilmiş 29 iyun 2021-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısında yer alıb.

1986-cı ilin istehsalı olan “RK Nauçniy” gəmisi Nazirliyin Sahələrarası Nəqliyyat və Komleks Mexaniki Təminat İdarəsinə məxsusdur.

Gəminin ilkin qiyməti hərracda 40 min manata təklif edilib.  Hərracda beh alışı 10% təklif edilir ki, bu da 4 min manat deməkdir.

Bununla belə, Nazirliyin Meşələrin İnkişafı Xidmətinə məxsus olan “Elsevər Hüseynov” köməkçi kateri də hərraca çıxarılır. Bu katerin də istehsal tarixi 1986-cı ili əhatə edir və 10 min manat ilkin qiymətlə hərraca çıxarılacaq.

Son xəbərlər
Digər xəbərlər