27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda dövlət istiqrazları ilə bağlanılan əqdlərin hesablaşma rejimi dəyişdirilib

Azərbaycanda dövlət istiqrazları ilə bağlanılan əqdlərin hesablaşmaları üzrə “Qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə klirinq və hesablaşmaların aparılmasına dair Kollektiv Saziş”ə dəyişikliklər edilib.

Banker.az bu barədə Milli Depozit Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, təkrar bazarda dövlət istiqrazları ilə bağlanılan əqdlərin hesablaşmaları T+1 rejimindən T+0 rejiminə keçirilib. Dəyişikliklər sentyabrın 1-dən bağlanılacaq əqdlərin hesablaşmalarına tətbiq olunacaq.

Başqa sözlə, əgər indiyə qədər investorlar hərracda təkrar bazardan aldıqları dövlət istiqrazlarına görə ödənişi 1 gün sonra edə bilərdilərsə, bundan sonra ödənişi alqı-satqı günü həyata keçirməli olacaqlar.

Son xəbərlər
Digər xəbərlər