6 C
Baku
Şənbə, Yanvar 22, 2022

Azərbaycanda dövlət istiqrazlarının gəlirliliyi bir qədər də düşdü

11 yanvar 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (AZ0106001941 ISIN-li), 40 mln. manat həcmində, 1092 gün tədavül (3 illik) müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Banker.az-a BFB-yə istinadla xəbər verir.

Hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 95.9705 AZN (6.5%) və 102.5163 AZN (4.1%) olan 27 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.8097 AZN (4.35%), orta ölçülmüş qiyməti 102.1187 AZN (4.2404%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 204 644 100 manat yerləşdirilmiş həcmi isə 60 000 000 manat təşkil edilib.

Qeyd edək ki, 16 noyabrda dövlət istiqrazlarının gəlirliliyi 4.3% təşkil edirdi.

Untitled

İstiqrazların ödəmə tarixi 7 yanvar 2025-ci il.

Hərrac iştirakçıları 12 yanvar 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Son xəbərlər
Oxşar xəbərlər