17 C
Baku
Saturday, November 26, 2022

Azərbaycanda dövlət istiqrazlarının gəlirliliyi yüksəlməkdə davam edir

18 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Maliyyə Nazirliyinin (AZ0105029943 ISIN-li) 15 mln. manat həcmində, 2 illik, yaxud 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə Banker.az-a BFB-dən bildirilir.

Hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 90.2486 (10%) manat və 98.1487 (5.49%) manat olan 25 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 98.1487 manat, yaxud gəlirlilik 5.49% manat müəyyən edilmişdir. Öncəki ayda istiqrazların kəsmə qiyməti 5.34% idi.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 106,120,100 manat, yerləşdirilmiş həcmi isə 15,000,000 manat təşkil edilmişdir.

Hərrac iştirakçıları 19 oktyabr 2022-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazların ödəmə tarixi 15 oktyabr 2024-cü il.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Son xəbərlər
Digər xəbərlər
X