30 C
Baku
Friday, July 19, 2024

Azərbaycanda dövlət istiqrazlarının yerləşdirmə istiqamətləri açıqlanıb

2023-cü ildə Maliyyə Nazirliyi tərəfindən 3.8 milyard manat məbləğində dövlət istiqrazları yerləşdirilib.

Bunu maliyyə naziri Samir Şərifov bu gün keçirilən plenar iclasında “2024-cü il dövlət büdcəsi icrası haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, həmin istiqrazların 1.413 milyard manatı dövlət büdcəsinin kəsirinin örtülməsinə, yerdə qalan hissəsi isə movcud borcun yenidən maliyyələşdirilməsinə yönəldilib.

“Dövlət istiqrazlarının 1.316 milyon manat məbləğində hissəsi banklar tərəfindən alınıb, 270 milyon manatlıq hissəsi sığorta şirkətləri tərəfindən, 52.8 milyon mantlıq hissəsi fiziki şəxslər və 2.256 milyard manatlıq hissəsi isə digər hüquqi şəxslər tərəfindən alınıb”, – nazir bildirib.

S. Şərifov əlavə edib ki, dövlət istiqrazlarının 1.6 milyard manatlıq hissəsi büdcədən maliyyələşən 5 təşkilat tərəfindən, qalanları isə digər hüquqi şəxslər tərəfindən alınıb: “Qeyd edim ki, 1.6 milyard manatlıq istiqrazların 1.541 milyard manatlıq hissəsi 2 qurumun üzərinə düşür. Bunlar Dövlət Sosial Müdafiə Fondu (1.013 milyard manat) və İşsizlikdən Sığorta Fondu (528 milyon manat) olub. Bu iki qurum istrqrazarın 93%-ni alıb”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər