Azərbaycanda dövlət qulluqçularının orta aylıq əməkhaqqı 1 215 manatı ötüb

2021-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 26,7 min nəfər olmuşdur ki, onların da 27,5 faizini qadınlar təşkil edir. Dövlət qulluqçularının 6,4 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali – 3-cü təsnifatları, 3,5 faizi 4-cü təsnifatı, 12,3 faizi 5-ci təsnifatı, 8,4 faizi 6-cı təsnifatı, 48,8 faizi 7-ci təsnifatı, 20,6 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləmişdir.

Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Dövlət qulluqçularının 6,3 faizi 1 ilədək, 25,2 faizi 1 ildən 5 ilədək, 24,4 faizi 5 ildən 10 ilədək, 17,8 faizi 10 ildən 15 ilədək, 26,3 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının 2,7 faizini 25 yaşadək, 13,7 faizini 25-29 yaşda, 16,8 faizini 30-34 yaşda, 14,8 faizini 35-39 yaşda, 12,3 faizini 40-44 yaşda, 9,1 faizini 45-49 yaşda, 8,7 faizini 50-54 yaşda, 10,9 faizini 55-59 yaşda, 9,2 faizini 60-64 yaşda, 1,8 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.

2020-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 18,9 faiz artaraq 1 215,5 manat təşkil etmişdir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.