3 C
Baku
Cümə, Dekabr 3, 2021

Azərbaycanda dövlət xətti ilə dəmir yoluna investisiyalar azalıb

2020-cu ildə Azərbaycanda dövlət xətti ilə dəmir yolu təsərrüfatına 652,976 milyon manat investisiya qoyulub.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.

Məlumata görə, bu, 2019-ci illə müqayisədə 26,4% azdır.

Bu ilin əvvəlinə səhmdar cəmiyyəti üzrə dövlət investisiyalarının məbləği 3 445,8 milyon manat olub. Bu da ötən ilin əvvəlinə nisbətən 23,4 % çoxdur.

Xatırladaq ki, ADY ölkə Prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Səhmdar cəmiyyəti 100 % dövlətə məxsusdur.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər
X