4 C
Baku
Sunday, February 25, 2024

Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin 81%-ni kişilər götürüb

Bu il yanvarın 1-nə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 36 762 kredit verilib ki, bunun da 59,5%-ni və yaxud 21 887-ni aylıq gəliri 1 100 manatdan çox olan şəxslər alıb.

Banker.az bu barədə Fonda istinadən xəbər verir.

Kreditlərin 5 057-ni və yaxud 13,8%-i aylıq gəliri 901-1 100 manat, 5 247-ni və yaxud 14,3%-ni aylıq gəliri 701-900 manat, 3 540-nı və yaxud 9,6%-ni aylıq gəliri 501-700 manat, 1 031-ni və yaxud 2,8%-ni isə aylıq gəliri 500 manatdan az olan şəxslər götürüb.

Kredit götürən şəxslərin 19 660-sı və yaxud 53,5%-i dövlət sektorunda, 17 102-si və yaxud 46,5%-i isə özəl sektorda fəaliyyət göstərib. Borc alanların 69%-i evli, 31%-i subay, eləcə də 81%-i kişi, 19%-i isə qadın olub.

Borcalanların yaş bölgüsünə gəlincə isə, 18-29 yaş arasında olanlar 35,1%, 30-35 yaşa arasında olanlar 33,8%, 35 yaşdan yuxarı olanlar isə 31,1% paya malik olub.

Güzəştli kreditlər hərbi qulluqçulara (7 308), dövlət qulluqçularına (1 955), xüsusi rütbəli şəxslərə (1 090), məcburi köçkünlərə (912), müəllimlərə (723), elm adamlarına (334), idmançılara (148), şəhid ailələrinə (53) və milli qəhrəmanlara (8) verilib.

Bütün kreditlərinin pay bölgüsündə isə hərbçilər (7 194), maliyyə qurumlarında çalışanlar (6 863) və enerji sektorunda işləyənlər (3 849) sektoru ilk üçlükdə qərarlaşıb. Onları hüquq-mühafizə orqanları (3 582), təhsil (1 878), yerli və xarici dövlət qurumları (1 485), rabitə və informasiya texnologiyaları (1 162), tikinti (829), xidmət (823),nəqliyyat (679), səhiyyə (638), sahibkarlıq fəaliyyəti (244), kommersiya fəaliyyəti (156), fərdi sahibkarlar (30) və digərləri (7 350) izləyib.

Son xəbərlər
Digər xəbərlər