Azərbaycanda Maliyyə Nazirliyinin xətti ilə 2021-ci ilin ilk 5 ayı ərzində emissiya edilmiş dövlət istiqrazlarının həcmi açıqlandı.
Banker.az Bakı Fond Birjasına istinadən bildirir ki, ilin ilk 5 ayı ərzində 845.15 milyon manat həcmində istiqrazlar buraxılıb. Bu da 326 əqdi əhatə edir.
Bu da xəzinə borclanmasının 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2.2 dəfə artması deməkdir. Ötən ilin müvafiq dövründə cəmi 389 milyon manat həcmində kapital bazarından vəsait cəlb edilmişdi.