19 C
Baku
Monday, May 20, 2024

Azərbaycanda dövriyyədə olan dövlət qiymətli kağızlarının məbləği 4 mlrd. manatı keçib

Bu il yanvarın 1-nə Azərbaycanda dövriyyədə olan dövlət qiymətli kağızlarının məbləği 4 milyard manatı keçib.

Bu barədə nazir Samir Şərifov qurumda keçirilmiş kollegiya iclasında məlumat verib.

Nazir qeyd edib ki, 2022-ci ildə Azərbaycanda əsas strateji məqsədlərdən biri kimi yerli maliyyə bazarlarının inkişafının dəstəklənməsi istiqamətində də mühüm addımlar atılıb. Belə ki, 1 iyul 2018-ci illə müqayisədə dövriyyədə olan dövlət qiymətli kağızlarının məbləği 3.4 milyard manat artırılaraq 2023-cü ilin əvvəlinə 4.2 milyard manata çatdırılıb, bu dövr ərzində dövriyyədə olan dövlət qiymətli kağızlarının ÜDM-ə nisbəti 1 %-dən 3.1 %-ə qədər artırılıb. Strategiyanın təsdiq olunduğu dövrdə yalnız qısa (1 illik) və ortamüddətli (2 illik və 3 illik) dövlət qiymətli kağızları yerləşdirildiyi halda, son dövrdə daha uzunmüddətli, yəni dövriyyə müddəti 5 və hətta 7 illik dövlət istiqrazlarının yerləşdirilməsi təmin edilmiş və bununla da dövlət istiqrazları üzrə orta geri ödəniş müddəti Strategiyanın icrası dövründə əhəmiyyətli dərəcədə artırılıb. Bununla yanaşı, yeni institusional və korporativ investorların, habelə fiziki şəxslərin cəlb edilməsi ilə dövlət istiqrazlarının investor bazası genişləndirilib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər