22 C
Baku
Thursday, August 11, 2022

Azərbaycanda dövriyyədə olan nağd pulların həcmi ikiqat azalıb

Azərbaycanda son 1 ildə dövriyyədə olan nağd pulların həcmi 47,62% və ya 5 mlrd. 217,6 mln. manat azalaraq 5 mlrd. 738,1 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, təkcə noyabr ayında dövriyyədə olan nağd pulların həcmi 256,8 mln. manat və ya 4,28% azalıb.

Qeyd edək ki, dövriyyədə olan nağd pulların həcminin azalması prosesi 2014-cü ilin avqust ayından başlayıb. Həmin vaxtdan indiyədək yalnız 2015-ci ilin may ayında bu göstərici üzrə artım qeydə alınıb. Ümumiyyətlə, 2014-cü ilin avqustundan 2015-ci ilin noyabr ayına qədər dövriyyədə olan nağd pulların həcmi 5 396,3 mln. manat və ya 1,94 dəfə azalıb.

Son xəbərlər
Oxşar xəbərlər