17 C
Baku
Friday, May 24, 2024

Azərbaycanda “e-imza” sahiblərinin sayı 24% artıb

Ötən il ərzində Milli Sertifikasiya Xidmətləri Mərkəzi tərəfindən 39 338 elektron imza (e-imza) sertifikatı verilib ki, bu da 2018-ci ilin göstəricisindən 1% azdır.

Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, ötən il dövlət qurumlarına təqdim edilən e-imza sertifikatının sayı 21 074, hüquqi 6 280, fiziki şəxslərə 8 050, sahibkarlara təqdim edilən e-imza sertifikatlarının sayı isə 3 934 olub.

Ümumilikdə Milli Sertifikasiya Xidmətləri Mərkəzi tərəfindən 1 yanvar 2020-ci il tarixinədək 206 228 e-imza sertifikatı təqdim edilib. Son bir il ərzində bu göstərici 23,5% artıb.

Bundan başqa, 2019-cu ildə dövlət qurumları tərəfindən sənəd imzalama tranzaksiyalarının sayı 2018-ci illə müqayisədə 88,8% artaraq 14 905 792 dəfə təşkil edib.

©APA

Son xəbərlər
 ⁠
Digər xəbərlər