26 C
Baku
Monday, October 2, 2023

Azərbaycanda e-ticarətlə ödənişlər 3 dəfəyə yaxın artdı

Kredit üçün müraciət et

Müraciət et, bütün banklardan təklif al

Azərbaycanda elektron ticarətdə ödənişlərin həcmi bir qədər də artaraq tarixi maksimuma çatıb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ilin ilk rübündə e-ticarət ödənişlərinin həcmi 3 milyard 177.67 milyon manat təşkil edib. Bu da 2021-ci ilin ilk rübü ilə müqayisədə 2.7 dəfə artımdır.

E-ticarət ödənişlərinin həcmi yanvarda 920 mln., fevralda 1 mlrd. 016 mln., 1 mlrd. 242 min manat təşkil edib. Mart ayındakı artım fevral ayından 225.95 mln, yaxud 22% yüksəkdir.

Göründüyü kimi e-ödənişlərin ödənişlərində artım tempi kəskin fərqlə yüksəlib. Bu arada aprel ayının 1-nə olan məlumata görə Azərbaycanda 11 mln 771 min bank kartı olduğu, bunun 3 mln 523 min sosial, 2 mln 623 mini əmək haqqı, 4 mln 125 mini digər və 1 mln 500 min ədədi kredit kartları təşkil edib.

POS-terminallarla ödənişlərin həcmi isə 443 mln. manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər
X