Azərbaycanda e-ticarət vasitəsi ilə ödənişlərin həcmi ikiqat artıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının 2021-ci ilin iyulu üzrə aparılan əməliyyatlarla bağlı statistikasında qeyd edilir.
Hesabat dövrü ərzində Azərbaycanda 6 948 min əməliyyat aparılmış və bu əməliyyatların məbləği 443 milyon manatı əhatə etmişdir. Bu da son ayda 32 milyon, yaxud 7.79 faiz artım deməkdir.
Azərbaycan əhalisinin e-ticarətlə ödənişlərinin 2021-ci ilin ilk 7 ayı ərzində həcmi 2 milyard 536 milyon manat olmuşdur. Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 98% artım dinamikasıdır.
| E-ticarətlə ödəniş əməliyyatları, mln. AZN | ||
| Aylar | 2020-ci il | 2021-ci il |
| Yanvar | 225 | 298 |
| Fevral | 242 | 305 |
| Mart | 268 | 372 |
| Aprel | 225 | 346 |
| May | 237 | 361 |
| İyun | 269 | 411 |
| İyul | 275 | 443 |
| CƏMİ | 1,741.0 | 2,536.0 |







