Azərbaycanda ehtiyac meyarının ləğv olunması təklif olunub

0

Azərbaycanda ehtiyac meyarının ləğv olunması təklif edilir.

Bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli çıxış edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

O bildirib ki, dəfələrlə bu məsələni Azərbaycan parlamentinin sədri də qaldırıb:

“Ehtiyac meyarını və yaşayış minimumunu bir-birinə yaxınlaşdırmaq yox, ehtiyac meyarını aradan qaldırmaq çox vacibdir. Bir neçə il əvvəl belə bir stereotip var idi ki, yaşayış minimumunu və minimum əmək haqqını bir-birinə yaxınlaşdırmağa uzun illər tələb olunur. Amma Prezidentin bir fərmanı ilə minimum əmək haqqı yaşayış minimumuna yaxınlaşdırıldı. Hazırda ondan da yuxarıdır. Ona görə də ehtiyac meyarının ləğv olunması məsələsini də həll etmək olar. Bu məsələ nə qədər tez həll olunsa bir o qədər yaxşıdır”.