12 C
Baku
Tuesday, November 5, 2024

Azərbaycanda ehtiyat fondlarına ayırmalar 2% azaldılır

2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 410 milyon manatı və yaxud 1.1%-i ehtiyat fondlarına ayırmaların payına düşəcək.

Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 2.3% azdır.

O cümlədən, Prezident ehtiyat fondu yenə də 300 milyon manat, büdcənin ehtiyat fondu isə illik müqayisədə 7.95% az – 110 milyon manat təşkil edəcək.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər