31 C
Baku
Thursday, August 11, 2022

“Azərbaycanda ekoloji təmiz avtomobillərə güzəştlər tətbiq olunacaq”

Azərbaycanda ekoloji təmiz avtomobillər çün bir sıra güzəştlərin tətbiqi nəzərdə tutulub.

Bu barədə “Azərbaycanda ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit” mövzusunda mətbuat konfransında çıxış edən Azərbaycan Energetika Nazirliyininidtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov deyib.

Onun sözlərinə görə, ekoloji təmiz avtomobillərin təşviqi üçün bir sıra təkliflər hazırlanıb: “Ekoloji təmiz avtomobillər üçün enerji doldurma məntəqələrinin yaradılması və ümumi şəbəkəyə qoşulması nəzərdə tutulur. İlkin araşdırmalara görə müəyyən edilib ki, bu məntəqələrin gücü heç də 150 kVt-dan artıq olmayacaq”.

R. Qurbanov həmçinin bu avtomobillərin park yerlərində də güzəştli şərtlərlə saxlanmasını təklif olunduğunu qeyd edib: “Bundan əlavə gələcəkdə ölkəmizdə olacaq ödənişli yollardan həmin növ nəqliyyat vasitələrinin tam pulsuz istifadə etməsini düşünürük. Biz həmçinin mobil tətbiqin yaradılmasını düşünürük. Hansı ki, burada ekoloji təmiz avtomobillərin şarj olunması yerləri göstəriləcək”.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər