31 C
Baku
Saturday, July 20, 2024

Azərbaycanda ekoloji təmiz məhsul istehsalı üzrə yeni dövlət standartı qəbul edilib

“Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsalı, emalı, markalanması və satışı. Rəhbəredici tələblər” AZS 921:2022 yeni dövlət standartı qəbul edilib. Standartın tələbinə əsasən, ekoloji təmiz məhsulların istehsalı zamanı kimyəvi-sintetik (süni) maddələrin istifadəsi minimuma endirilməli və istehlakçıların sağlamlığının və ətraf-mühitin qorunmasına diqqət yetirilməlidir.

Banker.az bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.

Dövlət Xidmətindən verilən məlumata əsasən, standart layihəsi ekoloji təmiz kənd təsərrüfatı məhsullarının standartlaşdırılması üzrə Texniki Komitənin təqdimatı əsasında hazırlanıb. Xidmətin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” AZSTAND publik hüquqi şəxs tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə Normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Qeyd edək ki, yeni standart qida məhsullarının tələblərə uyğun istehsal və emalının tənzimlənməsinə, keyfiyyətinin yüksəldilməsinə, rəqabətqabiliyyətli ekoloji təmiz məhsulların bazara çıxarılmasına imkan yaradacaq.

Son xəbərlər
Digər xəbərlər