24 C
Baku
Thursday, June 30, 2022

Azərbaycanda elektrik enerjisi istehsalı artıb

2021-ci ilin noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2408.9 mln. kVt/st, ixracı 233.9 mln. kVt/st, idxalı 10.4 mln. kVt/st olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 288.4 mln. kVt/st, ixrac 146.1 mln. kVt/st artıb, idxal isə 0,3 mln. kVt/st azalıb.

Energetika Nazirliyindən Banker.az-a verilən məlumata əsasən, cari  ilin yanvar-noyabr aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1843.4 mln. kVt/st artaraq 25264.8 mln kVt/st olub. Hesabat dövründə ötən ilin 11 ayına nisbətən elektrik enerjisinin istehsalı İES- lərdə 1672.0 mln. kVt/st artaraq 23764.2 mln kVt/st, SES-lərdə 180.4 mln. kVt/st artaraq 1193.5 mln. kVt/st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 9.0 mln. kVt/st azalaraq 307.1 mln. kVt/st olub.

Külək elektrik stansiyalarında 82.7 mln. kVt/st, günəş elektrik stansiyalarında 51.9 mln. kVt/st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 172.5 mln. kVt/st elektrik enerjisi istehsal edilib.

11 ayda elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 22686.5 mln. kVt/st (İES-lərdə 21632.8 mln. kVt/st, SES-lərdə 1053.7 mln. kVt/st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 418.0 mln. kV/st (İES-lərdə 243.4 mln. kVt/st, SES-lərdə 126.5 mln. kVt/st, GES-də 48.1 mln. kVt/st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 60.3 mln. kVt/st, müstəqil elektrik stansiyaları üzrə 2100.0 mln. kVt/st təşkil edib.

2021-ci ilin 11 ayı ərzində elektrik enerjisinin ixracı 1389.5 mln. kVt/st olmaqla, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 400.5 mln. kVt/st artıb. Bu dövrdə elektrik enerjisinin idxalı 141.0 mln. kVt/st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 15.3 mln. kVt/st artıb.

noyabr 2021 AZE11 AY 2021 AZEYANVAR noyabr 2021 AZE

Son xəbərlər
Oxşar xəbərlər