27 C
Baku
Sunday, July 21, 2024

Azərbaycanda elektrik qurğularının istismarında təhlükəsizlik qaydaları təsdiqləndi

Energetika Nazirliyinin Kollegiyası “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nı təsdiqləyib.

Bununla bağlı nazir Pərviz Şahbazov yeni qərar imzalayıb.

Qərara əsasən, elektrik qurğularına operativ xidməti növbətçi (operativ) heyət, operativ-təmir heyəti və mülki-hüquqi müqavilə əsasında xidmət edən mütəxəssislər yerinə yetirəcək.

Bundan başqa, elektrik stansiya və yarımstansiyalarının ərazi və yerləşgələri müəyyənləşib. Belə ki, elektrik stansiya və yarımstansiyalarında istehsalat yerləşgələri və qurğuları daxilində və xaricində olduğu kimi, onlara bitişik ərazinin keçidləri və yolları, girişləri və çıxışları işıqlandırılmalı, həmin keçid və yerlər boş saxlanılmalı, piyadaların və nəqliyyatın hərəkəti üçün təhlükəsiz olmalıdır. Həmin keçid və yolları bağlamaq, orada yük yığıb saxlamaq qadağandır. Bu keçidlər, yollar, həmçinin pilləkənlər, meydançalar və onların məhəccərləri saz və təmiz saxlanmalı, qış mövsümündə qardan-buzdan təmizlənməli və qarlı havada onlara qum səpilməlidir.

Nazirliyin Hüquq şöbəsinə bu qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Son xəbərlər
Digər xəbərlər