26 C
Baku
Thursday, July 18, 2024

Azərbaycanda elektrik şəbəkəsinin yenilənməsi üçün lazım olan məbləğ açıqlandı

Azərbaycanda elektrik şəbəkəsinin reabilitasiyası üçün hökumətin 7,75 mlrd. manat həcmində vəsaitə ehtiyacı var.

Hökumətdəki mənbələrdən əldə edilən məlumata görə, bu xərclər baş nazir tərəfindən təsdiq edilib.

Məlumata görə, elektrik şəbəkəsinin reabilitasiyasına dair müvafiq master-plan hazırlanıb: “Baş nazirin imzaladığı master-planda göstərilir ki, 85%-i yararsız olan elektrik şəbəkəsinin reabilitasiyası və onun normal hala gətirilməsi üçün 7,75 mlrd. manat lazımdır”.

Qeyd edək ki, bu master-plan 2015-ci ildə “Azərenerji” ASC-dən “Azərişıq” ASC-yə təhvil verilən paylayıcı şəbəkənin yenilənməsi məqsədi ilə hazırlanıb.

Xatırladaq ki, “Azərişıq” 2016-cı ildə Asiya İnkişaf Bankı (ADB) ilə 1 mlrd. ABŞ dolları həcmində investisiya müqaviləsi imzalayıb. Müqavilə üzrə 250 mln. dollarlıq ilk tranş artıq Bank tərəfindən təqdim olunub və bir sıra regionlarda elektrik enerjisi sistemi yenilənib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər