26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda elektron lisenziya portalının yaradılmasına başlanır

Azərbaycan İqtisadiyyat Nazirliyi “Elektron Lisenziya” portalının yaradılması məqsədi ilə tender keçirir.

APA-nin məlumatına görə, tenderdə iştirak etmək istəyənlər 1000 manat iştirak haqqı ödəməlidir.

Tenderin şərtlərinə görə, iştirakçıların satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmalı, maliyyə durumu qənaətbəxş olmalı ( son ildə azı 2 milyon dövriyyə olmalı), vergilər və digər icbari analoji hökumət ödənişləri üzrə vaxtı keçmiş öhdəlikləri olmamalıdır.

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri iyulun 19-dək İqtisadiyyat Nazirliyinə təqdim etməlidir.

Son xəbərlər
Digər xəbərlər